23 fevral 2024, 19:10

Həmid Behbudovdan, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Cənab Prezident, Sizin rəhbərliyinizlə və bilavasitə nəzarətinizlə ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərilən dövlət qayğısı, onlarla bağlı həyata keçirilən sosial layihələr böyük rəğbətlə və minnətdarlıqla qarşılanır. Çox sağolun!

Fürsətdən istifadə edərək, Sizə məsuliyyətli işinizdə uğurlar arzulayıram.

Allah Sizi qorusun!

Hörmətlə,

Həmid Behbudov, şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Goranboy rayonu, Səfikürd kəndi.