24 fevral 2024, 09:10

Cumay Məmmədovdan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident,

Növbədənkənar prezident seçkilərində qələbə qazanmağınız münasibətilə Sizi təbrik edirəm. Seçkilərdə xalqımız böyük etimad göstərərək Azərbaycanın haqq səsini dünyaya çatdırmış müdrik siyasətçiyə, “Dəmir yumruğ”un gücünü nümayiş etdirmiş müzəffər sərkərdəyə – Sizə səs verdi. Qalib xalq qalib Liderini yenidən ölkə başçısı seçdi.

Azərbaycan xalqı hər zaman Sizə güvənir və Sizi dəstəkləyir. Xalq – Prezident birliyi dövlətimizi daha da gücləndirir. Xalqın ən böyük arzusunu Siz həyata keçirdiniz. İnanırıq ki, bundan sonra da hər zaman bizə sevinc bəxş edəcəksiniz. Sizə gələcək fəaliyyətinizdə cansağlığı və uğurlar arzulayırıq!

Hörmətlə,

Cumay Məmməd oğlu Məmmədov

Azərbaycan Respublikası, Şəki rayonu, Orta Zəyzid kəndi.