24 fevral 2024, 09:31
Eyvaz Abdullayevdən, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident,
Prezident seçkilərində qalib gəlməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu qələbə xalqın Sizə olan sarsılmaz inamının təsdiqidir.
Möhtərəm cənab Prezident, fevralın 14-də Milli Məclisdə andiçmə mərasimində söylədiyiniz bu sözlər bizim üçün ali məqsəddir: “Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır”.
Xalqımız Sizi sevir və hər zaman Sizin yanınızdadır. Yorulmaz dövlətçilik fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram!
Hörmətlə,
Eyvaz Ələmdar oğlu Abdullayev, şəhid oğlu
Azərbaycan Respublikası, Gəncə şəhəri.