24 fevral 2024, 10:17
Muxtar Məmmədovdan, Naxçıvan, Azərbaycan
Hörmətli cənab Prezident,
Biz gənclər də Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətimizdə daim rəhbər tutaraq, Sizin başçılığınız altında Azərbaycanın müstəqilliyinin əbədi olması üçün “Dəmir Yumruq” ətrafında birləşməli olduğumuzu tam məsuliyyətimizlə dərk edirik.
Cənab Prezident, bir daha bu mühüm vəzifədə Sizə uğurlar arzulayıram və əminəm ki, Sizinlə ölkəmiz daha böyük zəfərlərə imza atacaqdır.
Mən Ulu Öndərimizin məşhur kəlamına əsaslanıb demək istəyirəm ki, Azərbaycan gənci olmağımla fəxr edirəm. Çünki biz qalib ölkənin gəncləriyik və bununla qürur duyuruq.
Hörmətlə,
Muxtar Məmmədov,
Naxçıvan Dövlət Universitetinin tələbəsi.
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.