24 fevral 2024, 11:53

Etibar Aslanovdan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün Azərbaycanda bütün sahələrdə quruculuq, inkişaf, islahat, yüksəliş müşahidə olunmaqdadır. Xalqımızın ən mühüm problemi – Qarabağ münaqişəsi birdəfəlik həll edildikdən sonra Azərbaycan daha da sürətli inkişaf yoluna qədəm qoyub.

Cənab Prezident, Sizin rəhbərliyinizlə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilir. Qədirbilən Azərbaycan xalqı tarix boyu Sizin Vətən üçün elədiklərinizi unutmayacaq.

Sizi yenidən Prezident seçilməyiniz münasibətilə kənd sakinlərinin adından təbrik edirəm.

Hörmətlə,

Aslanov Etibar, kənd ağsaqqalı

Azərbaycan Respublikası, Şəki şəhəri