24 fevral 2024, 12:18
İslam Maqsudovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ailəmiz adından Sizi səmimi-qəlbdən təbrik edirəm. Əminəm ki, Siz Azərbaycan Respublikasının Prezidenti olaraq dövlətimizin daha da inkişafı üçün qarşıya qoyduğunuz vacib məsələləri məharətlə həyata keçirəcək və Azərbaycan xalqının daha da firavan yaşaması üçün bundan sonra da öz səylərinizi əsirgəməyəcəksiniz. Sizə uzun ömür, cansağlığı arzulayıram.
Güclü Azərbaycanın güclü Prezidenti ilə fəxr edirəm!
Yaşasın bütöv Azərbaycan!
Hörmətlə,
İslam Ağanəzər oğlu Maqsudov
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi.