24 fevral 2024, 12:30
Ramiz Məmmədovdan, Daşkəsən, Azərbaycan
Möhtərəm cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə kəndimizin sakinləri adından Sizi səmimi-qəlbdən təbrik edirəm. Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində ilk dəfə prezident seçkiləri keçirildi. Qalib xalq qalib Liderini yenidən dövlət başçısı seçdi.
Biz Sizin rəhbərliyinizlə ərazi bütövlüyümüzü bərpa etdik, əzəli torpaqlarımızı geri qaytardıq. Bütün dünya Azərbaycan xalqının müzəffər xalq olduğunu gördü. İnanıram ki, bundan sonra da xalqımız Sizin prezidentliyinizlə daha çox uğur əldə edəcək.
Yaşasın Azərbaycan xalqı!
Yaşasın Azərbaycan Respublikasının Prezidenti!
Hörmətlə,
Ramiz Məmmədov
Azərbaycan Respublikası, Daşkəsən rayonu, Çovdar kəndi.