Cabbar Cabbarovdan, Qubadlı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Yenidən Prezident seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Sizin uzaqgörən siyasətiniz və qətiyyətli addımlarınız sayəsində 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə tariximizin ən parlaq səhifəsidir.
Bu Qələbə nəticəsində ərazi bütövlüyü bərpa olunan Azərbaycan bütün dünyada qalib dövlət kimi tanındı. Siz xalqımızın milli qürurunu, ləyaqətini, mənliyini özünə qaytardınız, torpaqlarımızı işğaldan azad edən müzəffər Lider kimi adınızı tariximizə qızıl hərflərlə yazdınız. Sizin işğaldan azad olunmuş ərazilərimizə mütəmadi səfərləriniz, orada bərpa və yenidənqurma işləri ilə tanışlığınız, doğma yurdlarına qayıtmış insanlarla görüşüb onların sevincini bölüşməyiniz bizi çox qürurlandırır. Azərbaycan xalqı Sizin “Dəmir yumruğ”unuz ətrafında sıx birləşib. Biz hər zaman Sizin yanınızdayıq, yürütdüyünüz daxili və xarici siyasəti dəstəkləyirik.
Allah Sizi qorusun!
Hörmətlə,
Cabbar Əbdüləli oğlu Cabbarov
Azərbaycan Respublikası, Qubadlı rayonu, Çərəli kəndi