23 fevral 2024, 14:07

Səadət İsmayılovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi prezident seçkilərində qazandığınız inamlı qələbə və yenidən dövlət başçısı seçilməyiniz münasibətilə təbrik edirəm.

Ətrafınızda sıx birləşmiş Azərbaycan xalqının Sizə sarsılmaz inamı və yüksək etimadından qaynaqlanan bu qələbə son iyirmi ildən artıq müddətdə gördüyünüz işlərə, əldə etdiyiniz nailiyyətlərə verilən dəyərdir. Sizin uzaqgörən, düşünülmüş daxili və xarici siyasətiniz, müdrik rəhbərliyinizlə həyata keçirilmiş islahatlar ölkəmizdə bütün sahələrdə tərəqqini təmin edib.

Prezident seçkilərinin Qarabağ da daxil olmaqla Azərbaycan Respublikasının bütün suveren ərazisində keçirilməsi, xüsusilə də Sizin ailə üzvlərinizlə birlikdə Xankəndidə səs verməyiniz hamımızda böyük qürur hissi doğurdu. Bütün dünya qalib xalqın Müzəffər Lideri olduğunuzun bir daha şahidi oldu.

Əminik ki, qarşıya qoyduğunuz hədəflər, yorulmaz səyləriniz sayəsində ölkəmizin qüdrəti, beynəlxalq miqyasda nüfuzu daha da artacaq, xalqımız yeni-yeni zəfərlərlə sevinəcəkdir.

Cənab Prezident, Sizə uzun ömür, cansağlığı, respublikamızın daha da inkişafı, xalqımızın rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Səadət İsmayılova

Azərbaycan Respublikası, Bakı şəhəri.