Anar Nağıyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Prezident seçkilərində inamlı qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Bakı Slavyan Universitetinin professor-müəllim heyəti və tələbələri adından təbrik edirik.
Xalqımız bu seçkidə Zəfər bayrağı altında milli birliyi tərənnüm edən böyük ruh yüksəkliyi və coşqu ilə iştirak etdi, tarixində ilk dəfə olaraq bütün ərazilərində suverenliyini bərpa etmiş Azərbaycanın Prezidentini seçdi. Qalib Liderinə öz sevgi və inamını bir daha ifadə edən Azərbaycan xalqı tarixinin qələbə və zəfərlərlə zəngin növbəti bir mərhələsinə, yeni dövrünə qədəm qoydu.
Son iyirmi il ölkəmizin sürətli inkişafına şahidlik etmiş Azərbaycan bütün sahələrdə dinamik inkişaf yaşamışdır. Müzəffər sərkərdəliyiniz altında Şanlı ordumuzun torpaqlarımızı düşmən istilasından azad etməsi Sizin xilaskarlıq missiyanızın tərkib hissəsi olmaqla, tariximizin qızıl hərflərlə yazılan ən şərəfli səhifəsidir. Sizin fəaliyyətinizin nəticəsi olaraq, bu gün Azərbaycan xalqı "Böyük Qayıdış"ın sevinc və fərəhini yaşayır, ata-baba torpaqlarımızda həyat yenidən canlanmağa başlayır.
2023-cü il oktyabrın 15-də əzəli şəhərimiz Xankəndidə etdiyiniz tarixi müraciət isə yeni dövrün başlanğıcını, inkişafın yeni konturlarım bəyan etdi. Zəfərimiz, həm də, bütün region üçün yeni dönəmi, yeni geosiyasi reallıqları xarakterizə edir. Bu gün ölkəmiz qlobal proseslərdə fəal iştirak edən dövlət kimi beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından biridir. BMT Təhlükəsizlik Şurası və Qoşulmama Hərəkatında uğurlu sədirlik, COP 29 kimi qlobal əhəmiyyətli tədbirə ev sahibliyi bunun bariz nümunələrindəndir.
Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə böyük nailiyyətlər qazanaraq tərəqqi və inkişaf yolunda qətiyyətlə addımlayır. Bu yol Azərbaycanı gələcəyə aparan möhtəşəm zəfər yoludur.
Cənab Prezident, Sizi bir daha təbrik edir, ölkəmizin inkişafı, xalqımızın rifahı və yeni zəfərlərimiz naminə ali vəzifənizdə Sizə davamlı uğurlar, möhkəm cansağlığı və uzun ömür arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Bakı Slavyan Universitetinin professor-müəllim və tələbə heyəti adından:
Anar Nağıyev, rektor
Azərbaycan Respublikası, Bakı şəhəri.