24 fevral 2024, 15:30

Şəhla Məmmədovadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Bugünkü müstəqil Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər tərəfindən müəyyənləşdirilən inkişaf strategiyamızın Sizin tərəfinizdən uğurla davam etdirilməsi nəticəsində dövlətimiz qarşısında duran ən ümdə məsələlərin həllinə nail olundu.

Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yanaşı beynəlxalq aləmdə söz sahibinə çevrildi. Bu gün regionda öz şərtlərini diktə edən və bölgə üçün yeni inkişaf modelini yaradan Azərbaycan dövləti bütün bunları Sizin uzaqgörən siyasətiniz, qətiyyətli mövqeyiniz sayəsində əldə etdi.

Fevral ayının 7-də xalqımız ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun davam etdirilməsinə, ölkəmizin inkişafına səs verdi. Sizi seçkilərdə qazandığınız inamlı qələbə münasibəti ilə təbrik edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədova Şəhla Rəcəb qızı, şəhid ailəsi

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri