24 fevral 2024, 15:40

Saniyə Babayevadan, Şəki, Azərbaycan

Möhtərəm cənab Prezident,

Fevralın 7-də keçirilmiş prezident seçkilərində qalib gəldiyiniz üçün kollektivimiz adından Sizi ürəkdən təbrik edirik. Dövlətimizin hər sahədə inkişafı üçün uğurlu islahatlar aparırsınız. Ölkəmizdə təhsilin inkişafı bu sahəyə olan diqqət və qayğınızın bariz nümunəsidir. Düşünülmüş və məqsədyönlü siyasətiniz uşaqlarımızın və gənclərimizin yeni intellektual nəsil kimi formalaşmasına zəmin yaradır. Qarşıdakı illərdə də bu qayğının davam edəcəyinə əminik.

Sizə möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq!

Qalib ölkənin qalib Lideri, hər zaman zirvədə olasınız!

Hörmətlə,

Saniyə Şəkərəli qızı Babayeva

Uşaq-Gənclər, İdman-Şahmat Məktəbinin kollektivi adından

Azərbaycan Respublikası, Şəki şəhəri.