24 fevral 2024, 16:31

Pərviz İbrahimovdan, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Siz Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək möhtəşəm nailiyyətlərə imza atmış, Azərbaycanı dünyada sayılıb-seçilən, öz sözü olan modern dövlətə çevirmisiniz. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasəti, beynəlxalq aləmdə qəti mövqeyi ilə seçilən dövlətdir. Fəxr edirik ki, Azərbaycanı dünyada həm də qalib dövlət kimi tanıyırlar.

Cənab Prezident, ölkəmizin qazandığı bütün nailiyyətlər Sizin müdrik siyasətinizin nəticələridir. Xalqımız da haqlı olaraq məhz bu siyasətin davamlı olması üçün seçkilərdə yenidən Sizə səs verdi.

İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan qarşıdakı illərdə daha çox nailiyyətlər qazanacaq. Sizə cansağlığı, çətin və şərəfli vəzifənizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Pərviz Mayil oğlu İbrahimov

Azərbaycan Respublikası, Qəbələ şəhəri.