24 fevral 2024, 16:40

Aysel Yunislidən, Qax, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi yenidən Prezident seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bütün sahələrdə olduğu kimi idmana və idmançılara göstərdiyiniz böyük qayğı Sizin bu sahəyə olan diqqətinizdən irəli gəlir.

Sizin rəhbərliyinizlə azad edilmiş torpaqlarımızda geniş quruculuq işləri aparılır, tarixi şəhərlərimizin tarixi siması bərpa edilməklə bərabər, həm də həmin ərazilərdə sosial infrastruktur inşa olunur, xəstəxanalarla, məktəblərlə yanaşı idman obyektləri də tikilir. 2023-cü il oktyabrın 16-da Füzuli şəhərində idman kompleksinin təməlini qoymağınız, ölkəmizdə idman sahəsinə verilən önəmin bariz nümunəsidir.

Əminəm ki, Siz gələcək fəaliyyətinizdə də Azərbaycanda idmanın daha da inkişaf etməsi üçün əlinizdən gələni edəcəksiniz. Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram.

Hörmətlə,

Aysel Çingiz qızı Yunisli

“Qafqaz” İdman Klubunun gənc idmançısı

Azərbaycan Respublikası, Qax şəhəri.