24 fevral 2024, 16:50

Təvəkkül Cəmilovdan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi qalib ölkənin qalib Lideri kimi bütün xalqın dəstəyi ilə yenidən Prezident seçilməyiniz münasibətilə Uşaq Gənclər İdman Məktəbinin məşqçiləri və idmançıları adından təbrik edirəm. Uğurlarınız bizi sevindirir, qürurlandırır.

Sizin dediyiniz kimi, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib. Ölkəmizdə keçirilmiş beynəlxalq yarışlar, həmçinin idmançılarımızın qələbələri bu sahədə aparılan dövlət siyasətinin nəticəsidir.

Möhtərəm cənab Prezident, Azərbaycan idmançıları və onların məşqçiləri hər zaman yeni qələbələrlə Sizin yanınızda olacaqlar! Sizə gələcək fəaliyyətinizdə bol-bol uğurlar arzulayırıq!

Hörmətlə,

Təvəkkül Dilbazi oğlu Cəmilov, Uşaq Gənclər İdman Məktəbinin direktoru

Azərbaycan Respublikası, Şəki şəhəri.