Rəhman Mehtiyevdən, Abşeron, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyinizlə son 20 il ərzində Azərbaycanda hər şey köklü şəkildə dəyişdi, ölkəmizdə sosial-iqtisadi inkişaf, demokratik rifah əldə olundu. Vətənimizin ərazi bütövlüyü təmin olunmaqla yanaşı, işğaldan azad olunan torpaqlarımızda bərpa, quruculuq işləri başlandı, yeni salınan qəsəbələr, kəndlər bir-birinin ardınca günü-gündən çiçəklənir, abad və firavan həyat qurulur.
Soydaşlarımız böyük coşğu, sevinc və təhlükəsizliklərinə əminliklə öz yurdlarına geri dönürlər. Xalqın dincliyini, əmin-amanlığını təmin etdiyiniz üçün, ölkəmizin müdafiə qabiliyyətini gücləndirdiyiniz və sosial-iqtisadi mühiti inkişaf etdirdiyiniz üçün bir vətəndaş və şəhid atasi kimi Sizə böyük təşəkkürümü bildirirəm.
Bütün bunlara görə xalqımız fevral ayının 7-də növbədənkənar seçkilərdə Sizi yenidən Prezident seçdi. Bu inamlı qələbə münasibətilə Sizi təbrik edirəm.
Azərbaycanın bundan sonra da Sizin rəhbərliyiniz altında daha çox uğurlar qazanacağına inanırıq. Vətənimizin daha parlaq gələcəyi naminə fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.
Hörmətlə,
Mehdiyev Rəhman, Vətən müharibəsi şəhidi Rəşad Mehdiyevin atası, Birinci Qarabağ müharibəsinin qazisi.
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.