24 fevral 2024, 17:47

Fazil Ələkbərovdan, Tovuz, Azərbaycan

Hörmətli cənab Prezident,

7 fevralda keçirilmiş seçkilərdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu uğur, sadəcə şəxsi nailiyyət deyil, həm də millət və ölkə üçün böyük bir güc və şərəfdir. Bu uğurun, Azərbaycan xalqı üçün böyük məna daşıdığını bilmənizi istərdik. Sizin liderliyinizlə, Azərbaycanın gələcəyi daha da parlaq və uğurlu olacağına inanır və Sizi bu yolda dəstəkləyirik. Allah Ulu Öndər Heydər Əliyevə rəhmət etsin!

Cənab Prezident, Sizə və ailənizə cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Fazil Ələkbərov,

Azərbaycan Respublikası, Tovuz rayonu.