Salyanın Kürsəngi kəndinin sakinlərindən, Azərbaycan
Hörmətli cənab Prezident!
Müzəffər Ali Baş Komandan!
Prezident seçkisində növbəti dəfə böyük səs çoxluğu ilə qalib gəlməyiniz münasibətilə Sizi təbrik edirik. Siz bizə Ulu Tanrının əvəzsiz bəxşişi və xalqın xilaskarısınız.
Məhz Sizin müdrik rəhbərliyinizlə doğma torpaqlarımız işğaldan azad edilmiş, dövlət sərhədlərimizin müdafiəsi tam təmin olunmuş, ərazi bütövlüyümüz bərpa edilmişdir. Əminik ki, bundan sonra da xalqımızın rifahının daha da yaxşılaşması, ölkəmizin iqtisadi, sosial müdafiəsinin daha da güclənməsi sahəsində göstərdiyiniz misilsiz xidmətlərlə dövlətimiz dünyanın ən qabaqcıl ölkələri ilə eyni sırada olacaqdır.
Adət-ənənələrə, dini, elmi, siyasi məsələlərə dərindən bələd olan, mövcud şəraitə uyğun təhlillər aparıb düzgün məntiqi nəticələr çıxararaq tədbirlər görən bir rəhbər kimi daim Sizin yanınızdayıq.
Azərbaycan tarixinə Sizin adınız “əbədiyaşar”, rəhbərlik dövrünüz “qızıl dövr” olaraq yazılacaqdır. Bu müqəddəs missiyaları yerinə yetirmək üçün Uca Tanrıdan Sizə möhkəm cansağlığı arzulayırıq.
Hörmətlə,
Rasim Dadaşov,
Habil Qurbanov,
Böyükağa Məmmədov,
İslam Hüseynov,
Eldar Məmmədov və başqaları (100 nəfər).
Azərbaycan Respublikası, Salyan rayonu, Kürsəngi kəndi.