24 fevral 2024, 18:25

Emil Abdullayevdən, Daşkəsən, Azərbaycan

Hörmətli cənab Prezident,

Növbədənkənar prezident seçkisində qazandığınız inamlı qələbə münasibətilə Daşkəsən rayonunun Çıraqlı kəndinin sakinləri adından Sizi ürəkdən təbrik edirəm.

Siz müdrik dövlət başçısı kimi Azərbaycanın hərtərəfli inkişafı və ərazi bütövlüyümüzün qorunması üçün tarixi addımlar atmısınız. Xalqımız da Sizi bu yolda daim dəstəkləyib və bunu fevralın 7-də Sizi yenidən Prezident seçərək bir daha sübut etdi.

Möhtərəm cənab Prezident, Azərbaycanımızın çiçəklənməsi və xalqımızın rifahının daha da yüksəlməsi üçün göstərdiyiniz xidmətlərinizə görə Sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Emil Mübariz oğlu Abdullayev

Azərbaycan Respublikası, Daşkəsən rayonu, Çıraqlı kəndi.