24 fevral 2024, 18:32

Nəriman Hacıyevdən, Abşeron, Azərbaycan

Hörmətli cənab prezident!

Sizin prezident seçildiyiniz ilk gündən bu günə kimi ölkəmizdə bütün sahələr üzrə davamlı inkişaf xətti müşahidə olunur. Respublikamızda sabitlik qorunub, dövlətimiz günü-gündən güclənmiş, beynəlxalq arenada söz sahibi olmuş, özünün milli maraqlarını ən yüksək səviyyədə qoruyan və müstəqil siyasət həyata keçirən dövlətə çevrilmişik.

Sizi prezident seçkilərində qələbə qazanmağınız münasibəti ilə təbrik edirəm. Əminəm ki, Azərbaycan Sizin rəhbərliyiniz altında bundan sonra da çox böyük qələbələr əldə edəcək.

Hörmətlə,

Hacıyev Nəriman, Vətən müharibəsi şəhidi Ramid Hacıyevin atası

Azərbaycan Respublikası, Abşeron rayonu, Mehdiabad qəsəbəsi