24 fevral 2024, 18:46
Türkanə Məmmədovadan, Bakı, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan!
Sizin dünyada gedən geosiyasi proseslərə praqmatik mövqedən yanaşmanız apardığınız siyasətin əsas cəhətlərindən biridir. Siz təcrübəli siyasətçi kimi hadisə və proseslərin axarını əvvəlcədən müəyyənləşdirib gələcəyin tarixini yaradır, parlaq zəkanız, iti mühakimə qabiliyyətiniz, mürəkkəb vəziyyətlərdə düzgün qərarlar qəbul etməyinizlə dünyanın tanınmış dövlət xadimləri içərisində xüsusi yer tutursunuz.
Adını qızıl hərflərlə tarixə yazdıran Ali Baş Komandanım, Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edirəm. Azərbaycanın parlaq gələcəyi naminə böyük uğurlar arzulayıram.
Hörmətlə,
Məmmədova Türkanə
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu