24 fevral 2024, 19:14
Vüsal Rüstəmlidən, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bir gənc kimi əminəm ki, Sizin siyasətinizin, qüdrətinizin hesabına Azərbaycan Respublikası daha da güclənəcəkdir.
Biz gənclər həmişə Sizə güvənirik və Sizinlə qürur duyuruq. Sizin kimi bir Lideri olan xalqın gələcəyi həmişə parlaq qələbələrlə dolu olacaqdır.
Allah Sizi və dövlətimizi qorusun!
Hörmətlə,
Vüsal Rüstəmli.
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.