Mehriban Qurbanovadan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizi növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə ailəmiz adından təbrik edirəm. Seçkilərin nəticələri Azərbaycan xalqının Sizə olan inam və etimadının, yürütdüyünüz uğurlu siyasətə, atdığınız müdrik addımlara dəstəyinin əyani göstəricisidir.
Sizin müdrik rəhbərliyinizlə bu gün Azərbaycan heç vaxt olmadığı qədər güclü, qüdrətli dövlətdir. Azərbaycanın dünyada sayılıb-seçilən, söz sahibi olan ölkələr sırasında olması, qalib dövlət kimi tanınması qürurvericidir.
Sizin və Ali Baş Komandanı olduğunuz Ordumuzun sayəsində torpaqlarımız işğaldan azad edildi, şəhidlərimizin qanı yerdə qalmadı. İndi bütün şəhidlərin,
o cümlədən mənim oğlum Murad Qurbanovun ruhu şaddır. Sizin şəhid ailələrinə və qazilərə göstərdiyiniz diqqət və qayğı xalqımız tərəfindən yüksək qiymətləndirilir və minnətdarlıqla qarşılanır. Var olun, cənab Prezident!
Əziz Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, ölkəmizin daha da inkişafı, xalqımızın rifahının yüksəlməsi üçün atdığınız hər addımda müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Mehriban Vahab qızı Qurbanova, şəhid anası
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.