27 fevral 2024, 11:43

Bilal Abışovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan xalqı fevralın 7-si keçirilən prezident seçkilərində Sizi yenidən ölkə başçısı seçərək özünün parlaq gələcəyinin təminatçısı oldu. Sizin sayənizdə Azərbaycan kimi gənc bir dövlət dünyanın hegemon dövlətləri ilə yarışır, onlarla bir masaya oturub münaqişələri həll edir.

Siz bizi dünya liderləri arasında layiqli təmsil edərək hər zaman nəyi, nə vaxt edəcəyinizi bildiyiniz üçün atdığınız hər bir addım da uğurludur.

Cənab Prezident,

Ailə üzvlərim adından Sizi parlaq qələbəniz münasibətilə təbrik edirəm.

Hörmətlə,

Abışov Bilal

Azərbaycan Respublikası, Ağcabədi rayonu