27 fevral 2024, 12:19

Anar Həsənov və başqalarından, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizin liderliyiniz və Azərbaycanın inkişafına sadiqliyiniz həqiqətən də təqdirəlayiqdir.

Xalqımızın firavanlığı və dinc gələcəyi üçün göstərdiyiniz fədakarlığı yüksək qiymətləndiririk.

Cənab Prezident, həm regional, həm də qlobal sülhə və sabitliyə olan sarsılmaz sədaqətinizə görə Sizi alqışlayırıq. Bu əlamətdar hadisə münasibətilə Sizi bir daha təbrik edirik.

Hörmətlə,

Salyan rayonunun Varlı kəndinin ağsaqqalları, ziyalıları və bir qrup kənd əhalisi adından:

Həsənov Anar Ənvər oğlu,

Hüseynov Rauf Həsənağa oğlu,

Abbasov Eldəniz Ələsgər oğlu,

Abbasov Müşfüq Telman oğlu,

Abbasov Rahib Ələsgər oğlu və başqaları (kollektiv – 120 nəfər).

 

Azərbaycan Respublikası, Salyan rayonu, Varlı kəndi.