27 fevral 2024, 12:30

Səfər Abasovdan, Şabran, Azərbaycan

Möhtərəm cənab Prezident!

Müzəffər Ali Baş Komandan!

Növbədənkənar prezident seçkilərində layiqli qələbəniz münasibətilə Sizi təbrik edirəm. Siz bizim qalib Liderimizsiniz. Uzun illər düşmən tapdağında qalmış torpaqlarımız Ali Baş Komandanlığınızla işğaldan azad edildi. Əzəli torpaqlarımızda bu gün suverenliyimizin rəmzi olan üçrəngli Bayrağımız qürurla dalğalanır.

Möhtərəm cənab Prezident, biz səsvermədə böyük həvəslə iştirak etdik və heç bir tərəddüd etmədən öz səsimizi müdrik siyasətçimizə, gələcəyimizi ürək rahatlığı ilə etibar etdiyimiz rəhbərimizə, zəfəri bizə bəxş edən sərkərdəmizə – Sizə verdik. Bir daha qalibiyyətinizi təbrik edir və Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Səfər Abasağa oğlu Abasov

Azərbaycan Respublikası, Şabran şəhəri.