27 fevral 2024, 12:57

Əfqan Əliyev və Hörmət Salahovdan, İmişli, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz qalib Azərbaycan dövlətinin memarı, xalqın və ölkənin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Lidersiniz. Xalqımız hər zaman Sizinlə fəxr edəcək. Çünki Siz Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də Azərbaycanın qalibiyyət tarixini yaradan şəxsiyyətsiniz.

Cənab Prezident,

Sizi kəndimizin sakinləri adından yenidən Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, tutduğunuz haqq yolunda uğurlar arzulayırıq.

Hörmətlə,

Əliyev Əfqan,

Salahov Hörmət

Azərbaycan Respublikası, İmişli rayonu, Qızılkənd kəndi