27 fevral 2024, 14:16
Sübhan Əşrəflidən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, biz öz taleyimizi və ölkə qarşısında duran problemləri heç kimin köməyi olmadan özümüz həll edirik. Bu isə Sizin qətiyyətiniz, yorulmadan çalışmağınız sayəsində baş verir.
Bu gün isə Sizin sayənizdə öz ləyaqətimizi, ərazi bütövlüyümüzü bərpa edən xalq kimi şəhər və kəndlərimizi yenidən qururuq.
Sizi prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və yeni fəaliyyət dövrünüzdə nailiyyətlər arzulayıram.
Hörmətlə,
Əşrəfli Sübhan
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.