27 fevral 2024, 15:21

İlkin İbrahimlidən, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Mən, Vətən müharibəsi iştirakçısı və bir vətəndaş kimi Sizin ailə üzvlərinizlə birlikdə növbədənkənar prezident seçkilərində Xankəndi şəhərində səs verməyinizi böyük iftixar hissi ilə izlədim. Bu, məni bir döyüşçü kimi qürurlandırır. Bütün dünya bir daha bu torpaqların əsl sahibinin kim olduğunu gördü.

Cənab Prezident, işğaldan azad olunmuş torpaqlarımızda səs vermənin keçirilməsi həm də təhlükəsizliyimizin ən yüksək səviyyədə qorunmasının, dövlətimizin etibarlı əllərdə olmasının bariz göstəricisidir.

Sizi Prezident seçilməyiniz münasibətilə ilə təbrik edirəm. Sizin rəhbərliyinizlə xalqımıza çoxlu uğurlar arzulayıram.

Hörmətlə,

İlkin İbrahimli, 3-cü dərəcəli Vətən müharibəsi əlili.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.