27 fevral 2024, 15:34
Habil Dadaşovdan, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident,
Qalib ölkənin Qalib liderini – Sizi 7 fevral seçkilərində qalib gəlməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən haqlı davamızda qazandığımız möhtəşəm Qələbə Sizin şah əsərinizdir. Hər bir azərbaycanlı kimi mən də qürur hissi duyaraq Sizə minnətdarlıq edirəm.
Bu gün uğurlu siyasətinizin, çətin və şərəfli işinizin bəhrəsini həm də azad olunmuş ərazilərimizdə sürətlə gedən bərpa-quruculuq işlərində görürük.
Cənab Prezident, Sizə uzun ömür, cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Dadaşov Habil Tapdıq oğlu,
“Qafqaz” savat döyüş növləri İdman Klubunun prezidenti.
Azərbaycan Respublikası, Şəki şəhəri.