27 fevral 2024, 16:27

Akif Zeynalovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində xalqımız böyük müdriklik nümayiş etdirərək növbəti dəfə Sizə səs verdi. Azərbaycan vətəndaşları bu seçimlə inkişafa, tərəqqiyə, təhlükəsizliyə və xoşbəxt gələcəyə səs verdilər. Bu seçkilər Zəfər seçkiləri olaraq həmişə yaddaşlarda qalacaq.

Siz 20 ildən artıq müddətdə Azərbaycan dövlətinə, xalqına ləyaqətlə xidmət edərək misli görünməmiş nailiyyətlərə imza atmısınız. Ən əsası, Azərbaycanı qüdrətli, qalib dövlətə, xalqımızı isə qalib xalqa çevirmisiniz. Sizinlə qürur duyuruq.

Seçkilərdə ifadə olunan xalq iradəsi Azərbaycanın bundan sonra da Sizinlə zirvədən-zirvəyə yüksələcəyi inamının təntənəsinə çevrildi. Heç şübhəsiz, Sizin rəhbərliyinizlə bizi irəlidə daha böyük qələbələr gözləyir. Sizə şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər, tükənməz enerji arzulayıram.

Hörmətlə,

Akif Zeynalov, Əməkdar mühəndis

Azərbaycan Respublikası, Bakı şəhəri