27 fevral 2024, 16:51

Şəhla Xəlilovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız Qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan xalqının seçimi hər zaman düzgün olub. 1993-cu ildə Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevi Prezident seçməklə qaranlıq yola işıq saçdı. Ümummilli Lider Heydər Əliyev Sizə özü qədər inandığı kimi, Azərbaycan xalqı da Sizə olan inamını göstərdi, 2003-cü ildə və ondan sonrakı növbəti seçkilərdə, cənab Prezident, Sizi seçdi.

Qarabağın tam azad olunması, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün böyük hədiyyə oldu. Hər bir qələbənin arxasında güc, birlik, prinsipiallıq, iradə və inam durur. “Dəmir yumruq” qeyd olunan xüsusiyyətləri özündə birləşdirən rəmzdir.

Fevralın 7-də Azərbaycan xalqı bir daha ictimai-siyasi sabitliyə, inkişafa, qələbəyə səs verərək öz qalib Liderinə sonsuz hörmətini və inamını göstərdi. İlk dəfə, seçki Azərbaycanın hər yerində keçirildi və çox yüksək fəallıqla müşayiət olundu.

Möhtərəm Prezident, seçkilərdə qazandığınız qələbə münasibəti ilə Sizi bir daha təbrik edir, sağlam uzun ömür, məsuliyyətli və şərəfli fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.

Azərbaycan xalqı daim Sizinlədir!

Hörmətlə,

Şəhla Xəlilova,

Fizika İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikası, Bakı şəhəri.