27 fevral 2024, 16:40

Mədinə Ağaşovadan, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən şəhid anasıyam. Öncə, Sizi seçkilərdə qalib gələrək yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edirəm. Əlbəttə, prezident seçkilərində qazandığınız uğur bizim ürəyimizcə oldu. Belə də olmalı idi. Çünki, Siz qalib xalqın qalib Prezidentisiniz.

Biz – şəhid anaları Sizin apardığınız məqsədyönlü siyasəti sevə-sevə dəstəkləyir və onun ətrafında sıx birləşmişik. Sizin və xanım Mehriban Əliyevanın şəhid analarına olan diqqət və qayğısı, eyni zamanda, xeyirxah missiyası göz qabağındadır.

Sizlərə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Hörmətlə,

Ağaşova Mədinə Əşrəf qızı,

şəhid anası

Azərbaycan Respublikası, Cəlilabad şəhəri.