27 fevral 2024, 18:03

Əmrah Əliyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizi növbədənkənar prezident seçkilərində qalibiyyətiniz münasibətilə ürəkdən təbrik edirəm. Verdiyiniz bütün vədlərə sadiq qalaraq xalqın sevgisini əbədi qazanmısınız. Siz hər birimiz üçün əzizsiniz.

Siz ən böyük arzumuzu həyata keçirdiniz, Qarabağımızı düşməndən azad etdiniz. Bizi qalib xalq etdiyiniz üçün Azərbaycanın hər bir vətəndaşının Sizə böyük hörməti və rəğbəti var. Gələcək nəsillər üçün həmişə qürur mənbəyi olacaq şanlı tarixi bizə bəxş etdiyinizə görə fəxarət hissi keçirirəm və Sizə minnətdaram. Allah Sizi başımızın üzərindən əskik etməsin.

Yorulmaz dövlətçilik fəaliyyətinizdə Sizə cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayıram. Azərbaycan xalqı hər zaman Sizin yanınızdadır!

Hörmətlə,

Əmrah İsgəndər oğlu Əliyev

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.