Fədail Babaverdiyevdən, Abşeron, Azərbaycan
Cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Sizin düşünülmüş, uzaqgörən siyasətiniz sayəsində Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazandı, tarixi ədaləti bərpa, beynəlxalq hüququ təmin etdi. Torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam təmin edilməsi ilə regionda yeni reallıqlar yarandı. Bütün bunlara Sizin güclü iradəniz, yüksək diplomatik bacarığınız, mahir sərkərdəlik qabiliyyətiniz sayəsində nail olduq. Siz bütün dünyaya Azərbaycanın nə qədər güclü, qüdrətli bir dövlət olduğunu nümayiş etdirdiniz. Sizə minnətdarıq.
Fevralın 7-də növbədənkənar prezident seçkilərinin Qarabağ da daxil olmaqla ölkəmizin bütün ərazisində keçirilməsi və Sizin Xankəndi şəhərində səs verməyiniz xalqımıza böyük sevinc və qürur hissi yaşatdı. Sizinlə - Müzəffər Liderimizlə bir daha fəxr etdik.
Əziz Prezidentimiz seçkilərdə qələbəniz münasibətilə Sizi təbrik edirəm. Sizin rəhbərliyinizlə Azərbaycanın həmişə zirvələr fəth edəcəyinə, yeni-yeni zəfərlər qazanacağına, xalqımızın rifahının daha da artacağına inanıram. Sizə bu yolda əzmkar fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Fədail Şahbaba oğlu Babaverdiyev, III dərəcəli Vətən müharibəsi əlili
Azərbaycan Respublikası, Abşeron rayonu