27 fevral 2024, 17:33
Teymur Mehdiyevdən, Ucar, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə ailəm adından səmimi-qəlbdən təbrik edirəm.
Sizin prezident seçkilərində qalib gəlməyiniz böyük ruh yüksəkliyi ilə bayrama çevrildi. Ona görə ki, Azərbaycan Respublikasının bütöv, sabit, qalib dövlət kimi dünyaya tanıdılmasında göstərdiyiniz misilsiz xidmətlər danılmazdır və təqdirəlayiqdir.
Cənab Prezident, Sizi və xanım Mehriban Əliyevanı bir daha qələbəniz münasibətilə təbrik edirik.
Uca Allahdan Sizə uzun ömür, cansağlığı, ailə səadəti, gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Teymur Mehdiyev.
Azərbaycan Respublikası, Ucar rayonu, Qazyan kəndi.