27 fevral 2024, 17:48

Elton Quliyevdən, Ağdaş, Azərbaycan

Cənab Ali Baş Komandan, möhtərəm Prezident!

Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm, Sizə uzun ömür, cansağlığı arzu edirəm.

Mən öz təşəbbüsüm ilə müşayiətçi kimi qeydiyyatdan keçərək seçki günü 20 məntəqədə müşahidə apardım və ağdaşlıların Sizə olan böyük hörmət və ehtiramının, rəğbətinin bir daha şahidi oldum. Ağdaşlıların timsalında bütün xalqımız Sizə böyük rəğbət bəsləyir, inanır və güvənir.

Uğur və zəfər hər zaman nəsibiniz olsun, cənab Prezident!

Hörmətlə,

Sizin mülki əsgəriniz,

Elton Quliyev

Azərbaycan Respublikası, Ağdaş şəhəri.