27 fevral 2024, 17:53

Samir Əliyevdən, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə öz adımdan və ailəm adından təbrik edirəm. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var.

44 günlük Vətən müharibəsində bizə başıucalığı gətirdiniz. Siz, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı kimi ölkəmizi ucalara qaldırırsınız.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Samir Əliyev.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.