Zaman Zamanovdan, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində möhtəşəm qələbə qazanmağınız münasibətilə ürəkdən təbrik edirəm. Xalqımız təbii olaraq yenidən Sizə etimad göstərdi, çünki Siz ötən iyirmi il ərzində ölkəmizi uca zirvələrə yüksəltdiniz, hər zaman Azərbaycan dövlətinin və xalqının milli maraqlarından irəli gələn müstəqil siyasət yürütdünüz. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, qüdrətli ordusunda, xalqın sosial rifahında öz təsdiqini tapır.
Xalq əmindir ki, dövlətimizin sükanı etibarlı əllərdədir, ona görə də Sizinlə həmrəydir, daim arxanızdadır. Sizin rəhbərliyinizlə Azərbaycanın tərəqqisinin, firavanlığının, xalqımızın xoşbəxtliyinin davamlı olacağına, ölkəmizin qüdrətinin daha da artacağına əminik. Azərbaycanla bağlı qarşıya qoyduğunuz bütün hədəflərə çatmaqda Ulu Tanrıdan Sizə yardımçı olmasını arzu edirik. Var olun, cənab Prezident!
Hörmətlə,
Zaman Mirzə oğlu Zamanov
Azərbaycan Respublikası, Şəki rayonu, Dərəcənnət kəndi