27 fevral 2024, 18:13

Hacıbaba Səlimovdan, Şəki, Azərbaycan

Möhtərəm cənab Prezident, Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan xalqı vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq rəmzinə çevrilən Liderinə yenidən etimad göstərdi. Sizin prezidentliyiniz dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimizin qüdrəti, iqtisadi gücü daha da artıb.

Sizin bütün çətinliklərə sinə gərərək nümayiş etdirdiyiniz qətiyyət, cəsarət, yüksək peşəkarlıq ötən iyirmi ildə ölkəmizə siyasi, sosial-iqtisadi, hərbi və digər sahələrdə böyük nailiyyətlər qazandırıb. Məhz Sizin sayənizdə bu gün Azərbaycan beynəlxalq miqyasda sayılıb-seçilən, öz sözü olan, rəyi ilə hesablaşılan dövlətdir, etibarlı tərəfdaşdır. Xalqımızın Sizə olan inamı, güvəni sonsuzdur. Vətən, xalq naminə bundan sonra görəcəyiniz işlərdə Sizə müvəffəqiyyətlər diləyirəm.

Hörmətlə,

Hacıbaba Rəsul oğlu Səlimov

Azərbaycan Respublikası, Şəki rayonu, Baş Göynük kəndi