27 fevral 2024, 18:08

Tariel Atamalıyevdən, Salyan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gəldiyiniz üçün kollektivimiz adından Sizi ürəkdən təbrik edirəm.

Azərbaycanda bütün sahələrdə müşahidə olunan tərəqqi özünü aqrar sektorda da nümayiş etdirir. Həyata keçirdiyiniz islahatlar ölkəmizin aqrar sahədə yeni-yeni nailiyyətlər əldə etməsinə səbəb olmuşdur. Əminəm ki, yeni prezidentlik dövrünüzdə daha böyük uğurlar əldə edilməsi yolunda səylərinizi əsirgəməyəcəksiniz.

Gələcək işlərinizdə Sizə möhkəm cansağlığı, uzun ömür, yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Tariel Atamalıyev, Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru

Azərbaycan Respublikası, Salyan rayonu.