27 fevral 2024, 18:43

Zakir Umudovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident,

Qarabağ Zəfəri mənim şair təbiətli könlümü pərvazlandırmışdır. Sizə – Zəfərimizin Memarına həsr etdiyim şeiri ali diqqətinizə təqdim edirəm.

Fəxr edirəm ki, mən Azərbaycanlıyam!

Vətənin sevimli bir övladı var,

Xalqımız onunla olub bəxtiyar,

Şöhrəti yayılıb diyarbadiyar,

Ulu Öndərin oğlu İlhamdır O!

Öndər Heydərin oğlu İlhamdır O!

 

Hayların canına vəlvələ salan,

Hər zaman xalqının qeydinə qalan,

Gözəl Qarabağı geriyə alan,

Ulu Öndərin oğlu İlhamdır O!

Öndər Heydərin oğlu İlhamdır O!

 

Xalqıyla sevinib, xalqıyla gülən,

Hər zaman Vətənin qədrini bilən,

Yumruqla düşmənin bağrını dələn,

Ulu Öndərin oğlu İlhamdır O!

Öndər Heydərin oğlu İlhamdır O!

 

Paşinyanlar girsələr də min dona,

Onların hiyləsi yetmədi sona,

Tanrıdan verilib siyasət ona,

Ulu Öndərin oğlu İlhamdır O!

Öndər Heydərin oğlu İlhamdır O!

 

Günəş tək parlayır Turan yolunda,

“Dəmir Yumruq” vardır sağı-solunda,

Şöhrəti yayılıb cümlə cahanda,

Ulu Öndərin oğlu İlhamdır O!

Öndər Heydərin oğlu İlhamdır O!

 

Xalqımın qəlbində Azərbaycanın əbədi Prezidenti seçilən İlham Heydər oğlu Əliyev, var ol, əbədi yaşa!

Hörmətlə,

Zakir Umudov

Azərbaycan Respublikası, Gəncə şəhəri.