27 fevral 2024, 18:53

İlqar İbrahimovdan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi yenidən Prezident seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Xalqımız Sizə səs verməklə öz rəhbərinə olan böyük inamını bir daha sübut etdi.

Sizin məqsədyönlü fəaliyyətiniz nəticəsində bütün dünya Vətənimizlə bağlı həqiqətlərin şahidi oldu, Azərbaycan xalqını qalib xalq kimi tanıdı. Müdrik siyasətinizin nəticəsində bütün ərazilərimiz üzərində tam hüquqi nəzarəti bərpa etməyimiz başımızı uca, alnımızı açıq etdi. Bütün bunlar Sizin düşünülmüş siyasətinizin uğurudur.

Möhtərəm cənab Prezident, əminəm ki, Sizin rəhbərliyinizlə Vətənimiz bundan sonra daha böyük uğurlar və qələbələr qazanacaqdır.

Yaşasın qalib Prezidentimiz!

Hörmətlə,

İlqar Fərrux oğlu İbrahimov

Azərbaycan Respublikası, Şəki şəhəri.