Şahmurad Babayevdən, Şirvan, Azərbaycan
Möhtərəm cənab Prezident,
Mən İkinci Qarabağ müharibəsi şəhidinin atasıyam. Düşmən üzərində qazandığımız şanlı Zəfər və torpaqlarımızın azad edilməsi mənə təsəlli ilə yanaşı, həm də ilham vermişdir. Sizə həsr etdiyim şeiri ali diqqətinizə təqdim edirəm.
Qalib gəlmiş Komandan!
Xalqın arxasında dayanmış mətin,
Hədsiz qazanmışdır elin hörmətin.
Unutmaq olarmı onun zəhmətin?
Düşmənlərə qalib gələn Prezident!
Hörmətli atası Ulu Öndər,
Bütün düşmənlərə göstərmiş hünər,
Həmişə xalqına yüksək ruh verər,
Düşmənlərə qalib gələn Prezident!
Azərbaycan onun vuran ürəyi,
Milləti ucaltmaq onun diləyi,
“Dəmir yumruq” onun güclü biləyi,
Düşmənlərə qalib gələn Prezident!
O, hünər göstərib şimşəktək çaxır,
Hündür şəlalədən çox gurla axır,
Zəfər bayrağını Şuşaya taxır,
Düşmənlərə qalib gələn Prezident!
O, valeh etmişdir bütün dünyanı,
Peyğəmbər övladı, təmizdir qanı,
Azərbaycanın milli qəhramanı,
Düşmənlərə qalib gələn Prezident!
Hörmətlə,
Şahmurad Babayev,
şəhid atası
Azərbaycan Respublikası, Şirvan şəhəri.