28 fevral 2024, 10:24
Sevda Yusifovadan, Balakən, Azərbaycan
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ulu Tanrı Sizə üzun ömür, cansağlığı versin.
Cənab Prezident, mən və ailə üzvlərim fəxr və qürur hissləri ilə seçkilərdə iştirak etdik. Siz qalib xalqın qalib Prezidentisiniz. Siz xalqın rifahı, xoş günləri üçün çox zəhmət çəkmisiniz.
Mən əminəm ki, çox ölkələrin vətəndaşları Sizin kimi Prezident arzusundadırlar. Biz isə şanslı xalqıq. Bizim Sizə hörmətimiz, ehtiramımız tükənməzdir.
Allah Sizi qorusun.
Hörmətlə,
Yusifova Sevda
Azərbaycan Respublikası, Balakən rayonu, Kortala kəndi