Eltun Məmmədovdan, Abşeron, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan,
Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi təbrik edirəm. Azərbaycan vətəndaşları seçkilərdə öz iradələrini azad, sərbəst və şəffaf şəkildə ifadə edərək Sizə - qalib xalqın qalib Liderinə səs verdilər. Sizin rəhbərlik etdiyiniz güclü və qüdrətli ölkənin vətəndaşı olmaqdan qürur duyuram.
Siz Mehriban xanımla birlikdə hər zaman şəhid ailələrinə, müharibə iştirakçılarına yüksək diqqət və qayğı göstərir, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görürsünüz. Qarabağın azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini həmişə uca tutursunuz. Sizə təşəkkür edirəm.
Cənab Prezident, Sizin həyata keçirdiyiniz uğurlu islahatlar nəticəsində bu gün Azərbaycan inkişafın ən yüksək zirvəsinə çatıb, xalqımız firavan, xoşbəxt həyat yaşayır. Sizin müdrik rəhbərliyinizlə nailiyyətlərimizin davamlı olacağına əminəm. Sizə uzun ömür, cansağlığı, çoxşaxəli fəaliyyətinizdə arzulayıram.
Hörmətlə,
Eltun Şadət oğlu Məmmədov, III dərəcəli Vətən müharibəsi əlili
Azərbaycan Respublikası, Abşeron rayonu