28 fevral 2024, 10:55

Aysel Əliyevadan, İmişli, Azərbaycan

Əziz və hörmətli Prezident,

Fevralın 7-də keçirilən seçkilərdə uğur qazanaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Bu gün Ulu Öndərimiz Heydər Əliyevin ruhu şaddır. Çünki, Siz Ulu Öndərimizin müdrik siyasətini layiqincə davam etdirirsiniz, onun başladığı işləri uğurla başa çatdırırsınız. Xalqımızın ən böyük taleyüklü məsələsinin – Qarabağın və ətraf rayonların azadlığına nail oldunuz.

Cənab Prezident, Siz xalqımızın fəxri və qürurusunuz. Allah Sizə uzun ömür, cansağlığı versin!

Hörmətlə,

Əliyeva Aysel Salman qızı

Azərbaycan Respublikası, İmişli şəhəri.