İcaz Məmmədovdan, Qubadlı, Azərbaycan
Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Sizi - qalib xalqın qalib Liderini növbədənkənar Prezident seçkilərində qazandığınız qələbə münasibətilə ürəkdən təbrik edirik.
Siz 30 ildən sonra Azərbaycanı yenidən bütövləşdirdiniz. 30 ildən sonra işğaldan azad edilmiş ərazilərin sakinləri öz doğma yurdlarına qayıdaraq Sizə - Qalib Sərkərdəyə səs verdi. Çox sağ olun, əziz Prezidentimiz, bundan böyük sevinc hissi ola bilməz. Biz, Sizinlə fəxr edir, qürur duyuruq.
Sizin yenidən Prezident seçilmənizlə bağlı yaşadığımız sevinc hiss hüdudsuzdur. Xalqımız öz seçimi ilə bir daha sübut etdi ki, Vətənini canından artıq sevən Layiqli oğlunun arxasındadır, ona dəyər verir.
Hörmətlə,
Məmmədov İcaz İsmayıl oğlu
Azərbaycan Respublikası, Qubadlı rayonu, Teymur Müskanlı kəndi.