Şəhla Hüseynəlizadədən, Şəki, Azərbaycan
Əziz və hörmətli Prezident,
Xalqın yüksək etimadı ilə növbədənkənar prezident seçkilərində yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Bu seçkilərin nəticələri Sizə böyük inam, hörmət və rəğbət bəsləyən Azərbaycan xalqının iradəsini əks etdirməklə gördüyünüz işlərə verilən yüksək qiymətin göstəricisidir.
Sizin gərgin əməyiniz sayəsində Azərbaycan iqtisadi, siyasi və digər sahələrdə möhtəşəm uğurlar əldə edərək güc mərkəzinə çevrilib. Bu gün ölkəmiz firavan, xalqımız isə xoşbəxtdir. Sizə səs verməklə daha parlaq gələcəyə səs verən Azərbaycan xalqı əmindir ki, Sizin rəhbərliyinizlə dövlətimiz daha da inkişaf edəcək, inamlı addımlarla daim irəliyə doğru gedəcək. Uca Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür, fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.
Hörmətlə,
Şəhla Nəcati qızı Hüseynəlizadə
Azərbaycan Respublikası, Şəki şəhəri