Taleh Əliyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə böyük sevinc və fərəh hissi ilə ürəkdən təbrik edirəm. Seçkilərdə inamlı qələbəniz Azərbaycanda müxtəlif sahələrdə aparılan yeniliklərlə, xalqın rifahının yaxşılaşması üçün həyata keçirdiyiniz sosial-iqtisadi islahatlarla və ən əsası işğal altındakı torpaqlarımızın düşməndən azad edilməsi ilə bağlıdır. Ölkəmizdə aparılan uğurlu siyasətin təməlində xalq – iqtidar birliyi durur. Xalq öz qalib Lideri ilə –Sizinlə fəxr edir!
Möhtərəm cənab Prezident, biz Sizə güvənir və gələcəyimizi Sizə etibar edirik. Hər zaman Sizi dəstəkləyirik! Sizə möhkəm cansağlığı, uzun ömür və yeni-yeni nailiyyətlər arzu edirəm.
Hörmətlə,
Taleh Şirin oğlu Əliyev
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu.